Reklam verin!

Blog Haqqında

ehlibeyt
ƏSSALAMU ALEYKUM VƏ RƏHMƏTULLAHİ .XOŞ GELDİNİZ ƏZİZ MÖMİNLƏR. BİZİM GÖZƏL SAYTDA HƏDİSLƏR , İMAMLAR HAQQINDA , NAMAZ HAQQINDA VƏ.S.KİMİN İSTƏYİ VARSA BUYURSUN e-mailim Celal88@box.az ÜNVANINA MƏKTUB YAZSIN!!

Axtarış

Arxivlər

Keçidlər

Sorğu

Saytımızı bəyəndinizmi ?


Sayqaç

  • İndi blogda: 3
  • Keçən ayın hiti: 2712
  • Dünənki hit: 101
  • Bugünki hit: 36
  • Ümumi hit: 23087

AddThis Feed Button
Add to Technorati Favorites

Müxtəlif



QEYBƏT VƏ EYB AXTARMAQ

ehlibeyt     Aprel 10, 2008 9:34
-Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Qeybət, insanın dinini puç etməkdə, onun bədənində olan xora xəstəliyindən daha güclüdür. Kafi /2/357. *** -İmam Əli əleyhissalam buyurur: Qeybəti eşidən qeybət edən qədər günah qazanar. Ğürərul-hikəm /307. *** -Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Qeybəti tərk etmək Allah yanında on min rəkət müstəhəb namaz qılmaqdan daha əzizdir. Biharul-ənvar /75/261. *** -Əbdül-mö`min Ənsari deyir: İmam Musa ibni Cə`fər əleyhissalamın yanına getdim. Məhəmməd ibni Əbdüllah Cə`fəri də onun yanında idi. Mən ona təbəssüm etdim. O dedi: Onu sevirsənmi? Dedim: Bəli, mən onu yalnız sizin razılığınız üçün sevirəm. Buyurdu: O, sənin qardaşındır, mö`min mö`minin ata-anası bir olan doğma qardaşı kimidir, baxmayaraq ki, ayrı-ayrı valideynlərin övladlarıdır. Öz din qardaşını müttəhim edən kəs məl`undur. Mö`min qardaşını aldadan hər kəs məl`undur; öz mö`min qardaşına nəsihət verməyən kəs məl`undur, mö`min qardaşının qeybətini edən şəxs də məl`undur. Biharul-ənvar /75/262. *** –İmam Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Ən pis adam odur ki, camaatın eyblərini axtarsın, amma öz eyblərini görməsin. Təraiful-hikəm /176. *** –İmam Musa ibni Cə`fər buyurur: Mö`min qardaşının qeybətini edən şəxs məl`undur. Biharul-ənvar /75/262. *** –Ənəs ibni Malik deyir: Rəsuli-əkrəm (s.ə.v.v.) buyurdu: Məndən altı şeyi qəbul edin, cənnət üçün sizə zamin olum… 1. Danışanda (hədis deyəndə) yalan deməyin; 2. Verdiyiniz və`dələrə xilaf çıxmayın; 3. Əgər sizə əmanət versələr, ona xəyanət etməyin; 4. Öz gözlərinizi haramdan saxlayın; 5. Öz cinsiyyət üzvlərinizi haramdan qoruyun; 6. Əllərinizi və dilinizi yaramaz işlərdən qoruyun. Xisal /321. *** -İmam Həsən Əskəri əleyhissalam buyurur: Bütün günah və çirkin əməllər bir evdə qoyulmuşdur, onun açarı isə yalan danışmaqdır. Biharul-ənvar /72/263. *** –İmam Səccad əleyhissalam buyurur: Yalandan uzaq olun, istər kiçik olsun, istərsə böyük; istər ciddi olsun, istərsə də zarafat. Çünki, əgər bir nəfər kiçik yalanlara adət etsə, böyük yalanlara da cür`ət tapar. Tuhəful-üqul /201. *** –İmam Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Haqq ilə batil arasındakı məsafə dörd barmaq qədərindədir. (Gözlə qulaq arasındakı məsafə nəzərdə tutulur.) Gözlə gördüklərin həqiqət, qulaqla eşitdiklərinin əksəriyyəti isə batildir. Biharul-ənvar /75/196. *** –İmam Baqir əleyhissalam buyurur: Həqiqətən Allah-taala şər əməllər üçün müxtəlif qıfıllar qoymuşdur, o qıfılların açarları isə şərabdır. Amma yalan danışmaq şərabdan da şiddətlidir, pisdir. Kafi /2/339. *** –İmam Əli ibni Musər-Riza əleyhissalam buyurur: Düz danışın və yalandan uzaq olun!
Bookmark and Share
Hedisler     Şərhlər(0)     Baxış sayı:169     Aprel 10, 2008 9:34    

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

© Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog